Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb – Əhməd Şahidov ANews kanalına danışıb

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Hadisə ilə bağlı ingilis dilli ANews televiziyasına açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov qəzanın təfərrüatları barədə danışıb.